Əli Həsənovun polkovnik oğlu vəzifəsindən çıxarıldı

Əli Həsənovun polkovnik oğlu vəzifəsindən çıxarıldı 

Baş nazirin sabiq müavini Əli Həsənovun daxili işlər orqanlarında çalışan oğlu vəzifəsindən azad olunub.

Qaynarinfo.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi, polis polkovniki Emin Həsənov vəzifəsindən çıxarılaraq sərəncama götürülüb.

Qeyd edək ki, Emin Həsənov bundan əvvəl Binəqədi Rayon Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi