"Enerji içkiləri" təhlükəyə yol açır, arterial hipertenziyanın yaranmasına səbəb olur -

"Enerji içkiləri" təhlükəyə yol açır, arterial hipertenziyanın yaranmasına səbəb olur - Həkimdən ÇAĞIRIŞ

Son illər gənclər arasında enerji içkilərinə qarşı marağın kəskin artması cəmiyyətdə həyəcan siqnalını işə salıb.

“Qanadlandıran” “Red Bull”, “Burn”, “Bizon”, “Gorilla”, “Hell”  və sairə kimi müxtəlif adlarda buraxılan, insan orqanizmi üçün zərərli olan enerji içkilərinin satışına heç bir məhdudiyyət qoyulmaması bu içkiləri daha da əlçatan edib. Enerji içkiləri ilə bağlı reklam kampaniyalarının gücləndirilməsi də yeniyetmələrin, xüsusən gənclərin belə içkilərə aludəçiliyini artırıb. Kefi olmayanda, halsız olanda hər gün ən az 3 enerji içkisi içənlərin, bununla “özünə gəldiyini, yaxşı hiss etdiyini” düşünənlərin sayı gündən-günə çoxalır. Mütəxəssislər isə bildirirlər ki, enerji içkilərinə vərdiş etmiş insanlar onlardan istifadəni dayandıran zaman özlərini yorğun, halsız və əsəbi hiss edirlər, iş qabiliyyətləri çox aşağı düşür. Təəssüf ki, enerji içkilərinin insan orqanizminə verdiyi ziyan bunlarla kifayətlənmir... 

 

Faktinfo.az bildirir ki,qastroenteroloq-hepatoloq Mətanət Cəfərova Pravda.az-a müsahibəsində bu barədə daha ətraflı məlumat verib. 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər