Epşteyn işi: Ərdoğan 14 il öncə “hücuma” keçibmiş

Epşteyn işi: Ərdoğan 14 il öncə “hücuma” keçibmiş 

Epşteyn işi ilə bağlı açıqlanan sənədlər arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgədəki fəaliyyətlərinə dair qeydlər də var.

Qeydlər göstərir ki, Ərdoğan 2012-ci ilin əvvəllərində Türkiyədəki İsrail kəşfiyyat şəbəkəsini fəal şəkildə məhv edirdi.

Bu barədə “Türkiyənin səsi” Teleqram kanalı məlumat yayıb.

“Ərdoğan Türkiyə ordusunu tarixən İsraillə yaxşı əməkdaşlıq etmiş şəxslərdən təmizləyir”, - Den Dubnonun Epşteynə 27 yanvar 2012-ci il tarixli məktubunda deyilir.

Yazışmalarda həmçinin qeyd olunur ki, Ərdoğan həm Türkiyədə, həm də Yaxın Şərqdə müsəlman əhali arasında təsirini uğurla gücləndirir, eyni zamanda, İsraillə əlaqələrini kəsir.

“Ərdoğan Neo-Osmanlı ambisiyaları nümayiş etdirir və Netanyahunun diplomatik cəhətdən kobud administrasiyasından (şəxsən Bibidən daha çox onun koalisiyasından) həqiqətən də ikrah hissi keçirir”, - Dubno yazıb.

Məktub müəllifi Təl-Əvivin Ankaranın Şimali Kiprdə Türkiyənin maraqlarını qorumağa yönəlmiş regional hərəkətlərindən qıcıqlanmasına işarə edir:

“Türkiyənin İsrail və Kiprin neft və qaz yataqlarını hədəf almağa yönəlmiş yüksək aqressiv dəniz manevrləri gərginliyə səbəb olur”.

O əlavə edir ki, bu hərəkətlər İsrail tərəfini Türkiyə ilə sərhəddəki kürd silahlı qruplarını dəstəkləməyə sövq edə bilərdi:

“Çox güman ki, İsrail əməliyyatçıları kürdləri kin-küdurətdən dəstəkləyir, sadəcə türklərə və iranlılara narahat olmaq üçün daha çox səbəb vermək istəyirlər”./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi