Ərdoğan futbolçulara zəng etdi, Burakla danışdı... - "Maşallah, o nə zərbə idi!"

Ərdoğan futbolçulara zəng etdi, Burakla danışdı... - "Maşallah, o nə zərbə idi!" 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli komandanı DÇ-2022-nin seçmə mərhələsində Niderlandı məğlub etmələri (4:2) münasibəti ilə təbrik edib.

Qol.az xəbər verir ki, ölkə rəhbəri matçdan sonra oyunçular və baş məşqçi Şenol Günəşin olduğu paltardəyişmə otağına gedən Gənclər və İdman naziri Muhammet Muharrem Kasapoğluna zəng vurub. 

Ərdoğan onun vasitəsilə futbolçular və baş məşqçi ilə telefonla danışıb, onları təbrik edib. O deyib: "Belə bir dönəmdə milli komandamızın Niderland kimi bir millini 4:2 hesabı ilə məğlub etməsi həqiqətən də ölkəmizə, millətimizə ayrı bir qürur hissi verib".

Ölkə rəhbəri baş məşqçi Şenol Günəşin "Həm 3 xal qazandıq, həm də yüksək əhval-ruhiyyə. Bu, Türkiyə üçün də stimul oldu. Amma siz bir az gecikdiniz. 15 dəqiqə əvvəl gəlsəydiniz, sizi oyuna daxil edə bilərdik. Hücumçuya ehtiyacımız vardı. Sizi Burak Yılmazın yerinə qoya bilərdik" sözlərinə gülərək cavab verib.

Həmçinin Ərdoğan komandanın kapitanı Burak Yılmazla da danışıb. O, hücumçunun cərimə zərbəsindən vurduğu qol haqqında deyib: "Maşallah, o necə zərbə idi!". 

Yılmaz isə Ərdoğana "Sizi də aramızda görmək istəyərik. Sizin bizimlə olmağınız komandaya güc verər. Çox xoşbəxt olarıq" - deyə söyləyib.

Ərdoğan bildirib: "Qismət olarsa, bundan sonrakı matçlarda gəlməyə çalışarıq. Bütün oyunçulara təbriklərimi çatdırın. Allah köməyiniz olsun".

Qeyd edək ki, Türkiyə millisi növbəti matçını martın 27-si səfərdə Norveçə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi