Ərdoğan Milli Təhlükəsizlik Təşkilatında 6 saatlıq iclas keçirib

Ərdoğan Milli Təhlükəsizlik Təşkilatında 6 saatlıq iclas keçirib 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Milli Təhlükəsizlik Təşkilatında (MİT) 6 saat 10 dəqiqəlik topantı keçirib.

APA.az-ın yerli bürosunun xəbərinə görə, toplantıda müzakirələr daha çox Türkiyənin daxili və xarici təhlükəsizliyndən bəhs edilib.

Suriya movzusu və PKK/ /PYD-YPG, DEAŞ, FETÖ başda olmaqla, bütün terror təşkilatlarına qarşı mübarizə tədbirləri, uşaqların zorla terror təşkilatlarına cəlb edilməsi, bəzi terrorçuları dəstəkləyən qlobal təşkilatlara, o cümlədən onların İnterpola yaratdığı problemlər, Türkiyənin strateji ortaqlıq, müdafiə və təhlükəsizlik istiqamətindəki addımları və gözləntiləri müzakirə edilib.

Toplantıda həmçinin NATO müdafiəsinə dair anlaşma şərtlərinə Türkiyə tərəfinin riayət etməsi, qarşı tərəfdən eyni davranışın gözlənməsi, Şərqi Aralıq Dənizinə dair hüquqlar, Qərbi Kiprin hüqıq və mənfəətləri, sülh və sabitliyin qorunması üçün görülən tədbirlərə dair məsələlərə də toxunulub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi