Ərdoğandan xahiş etdim, dərhal təyyarələri havaya qaldırdı

Ərdoğandan xahiş etdim, dərhal təyyarələri havaya qaldırdı 

Fürsətdən istifadə edərək ölkəmizə dost dövlət olan Türkiyəyə və şəxsən Prezident Ərdoğana təşəkkürümü bildirmək istəyirəm.

Bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib.

Baş nazirin sözlərinə görə, Prezident Ərdoğanın göstərişi ilə Türkiyə təyyarələri qısa zamanda Gürcüstanda baş verən yanğınların söndürülməsinə cəlb edilib:

"Sizə demək istəyirəm ki, xarici işlər naziri türkiyəli həmkarı ilə danışıb. Mənim yardım xahişim Türkiyə prezidentinə çatdırılan kimi dərhal əmr verdi və cəmi bir saat ərzində artıq üç təyyarə havaya qaldırldı. Əlbəttə, biz bunu çox yüksək qiymətləndiririk və biz gürcülər bu yardımı unutmayacağıq. Bir daha onlara, xüsusən də pilotlara təşəkkür etmək istəyirəm. Yanğınların söndürülməsində xidmət göstərən qürurlu xilasedicilərimizə, polislərimizə, ordumuza və hər kəsə təşəkkür edirəm”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi