Seçkilərə günlər qalmış siyasi situasiya Ərdoğanın lehinə işlədi, Kılıçdaroğlu isə...

Seçkilərə günlər qalmış siyasi situasiya Ərdoğanın lehinə işlədi, Kılıçdaroğlu isə... -SƏBƏB

Bu gün (14 may-red) Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın birinci turda qələbə qazanma faizi çox yüksəkdi.

Çünkü qərarsız seçmənin Ərdoğana yönəlməsi üçün son günlər çox şeylər baş verdi. Seçkilərə bir həftədən də az qalmış müddətdə bir sıra faktorlar surətlə "altılı masa"nın namizədi Kamal Kılıçdaroğlunun əleyhinə işlədi.Hətta onun  proqnozlaşdırılan 46/100(yüzdə qırx altı) faiz səsinin aşağı düşmə ehtimalı da artdı.

Belə ki,seçkilərə günlər qala avropa və qərb mətbuatında Rəcəb Tayyib Ərdoğanın kəskin tənqid edilməsi AKP və mühafizəkar seçməndə "Ərdoğana sahib çıxacağıq" duyğusunu gücləndirdi.Bunu Rəcəb Tayyib Ərdoğanın son mitinqlərinə daha çox insanların gəlməsi ilə də izah etmək olar.

Kamal Kılıçdaroğlunu dəstəkləyən HDP-nin mitinqində Türkiyə bayrağının endirilməsi, Öcəlanın sərbəst buraxılacağı,İmralının qapılarının qırılacağı kimi fikirlərin sosial şəbəkələrdə yer alması,  "Məmləkət" partiyası namizədinin kaset şantajından sonra prezident seçkilərində iştirakını dayandırması və səbəbi  FETÖ ilə əlaqələndirməsi,bu əsnada Kamal Kılıçdaroğlunun isə kaset şantajını Rusiyanın seçkilərə müdaxiləsi kimi qiymətləndirməsi "altılı masa"nın namizədinin  daha çox ziyanına işlədi.Bu xüsusilə iş adamlarını,Rusiya ilə əlaqəli turuzim və aqrar sektorda çalışan onminlərlə şəxsləri xəyal qırıqlığına uğratdı.Təbii, bu kimi hallar nəticə etibarı ilə millətçi seçməndən alınacaq səs faizlərində bir düşüşə səbəb olmaya bilməz.

Faktinfo.az onu da bildirir ki,seçkilərə bir gün qalmış CHP-li millət vəkili İbrahim Kabaoğlunun Fransa mediasına, "HDP-nin ortağımız olduğunu açıq-aşkar söyləyirik,HDP mərkəzi partiya olacaq,hətta Maral Akşənər (sağçı İYİ Partiyasının sədri - red.)də bunun fərqindədir", -açıqlaması Kamal Kılıçdaroğlunu biraz da dalana sıxışdırdı.Bu açıqlamadan sonra görünür ki,müəyyən faiz mühafizəkar və sağ millətçi seçmən səslərini Rəcəb Tayyib Ərdoğana verəcək.Yəni seçkilərə günlər qalmış siyasi situasiya  Rəcəb Tayyib Ərdoğanın lehinə işlədi.

Hətta bu və ya digər amillər seçkilərdən sonra CHP-nin növbədən kənar qurultayının çağrılmasına,"İYİ" və "Səadət" partiyalarının parçalanmasına səbəb ola da bilər.

FAKTİNFO.AZ



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi