Ərdoğanın siyasəti özünü doğruldur-

Ərdoğanın siyasəti özünü doğruldur- Türkiyə Rusiya bazarını sürətlə ələ keçirir

Qardaş Türkiyənin bu ilin iyununda keçən ilin iyun ayına nisbətən Rusiyaya mal-məhsul ixracı 46% artaraq 791,5 mln. dollar, iyun ayında may ayına nisbətən ixracın artımı isə 52% olub.

Faktinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, Türkiyə Qərb ilə Rusiya arasında vacib "pəncərə" rolunu oynayır, həm də Rusiya bazarından çıxan Qərb şirkətlərini uğurla və sürətlə əvəz edir:

“Bu, Türkiyə üçün çox vacib məsələdir və ən maraqlısı budur ki, bu ticarətdən, "pəncərə" rolundan Qərb də məmnundur. Rəsmi Ankaranın sanksiyalara qoşulmamaqla doğru etdiyi sübut olunur, çünki elə Qərb üçün də Rusiya ilə işlək, güvənilən iqtisadi-diplomatik kanalın olması çox vacibdir”.

Ekspert qeyd edib ki, Türkiyədə inflyasiya çox yüksəkdir və ölkəyə xarici valyuta axını hava-su kimi lazımdır.

Faktinfo.az saytından xatırlatma: Bir müddət əvvəl Çin Xalq Respubilkasının iqtisadi dairələrinin təhlillərində qeyd edilirdi ki,qardaş Türkiyə dövlətində inflyasiyanın səviyyəsinin yüksək olması müvəqqətidir.Türkiyədə ixracın bu tenplə artması ölkəyə daxil olan valyutanın həcmini artırmaqla iqtisadiyyatı şaxələndirəcək,yüksək infilyasiya faizini tədricən aşağı salacaq.Bir müddətdən sonra isə,düzgün  iqtisadi siyasət aparıla bilərsə bu dövləti iqtisadi cəhətdən güclü görmək mümkün ola bilər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi