Erməni əsilli deputat:

Erməni əsilli deputat: Ərdoğanı hakimiyyətdən aparmaq üçün...

Seçkilərə namizəd seçimi ilə bağlı işlərə başlamışıq. İlk seçimimiz “Altılıq masası” ilə ortaq namizəd təyin etməkdir.

Bunu HDP-nin Diyarbəkir üzrə deputatı Qaro Paylan (erməni əsilli millət vəkili - red.) deyib.

“Vahid namizəd fikrində razılaşsaq, birinci turda ən azı 60 faiz səslə qalib gələcəyimizi iddia edirik. İYİ Partiya ilə bir araya gəlmək HDP üçün çətin addım olacaq. Nə onlar bizi sevir, nə də biz onları sevirik. Ancaq bağrımıza daş basacağıq. “Altılıq masası”na razılaşma ilə bağlı çağırış edirəm. Düşünürük ki, “Altılıq masası” prezidentliyə namizədi müəyyən edəcəksə, heç olmasa yol xəritəsi ilə bağlı təkliflərini ortaya qoymalı, eyni zamanda HDP-nin təklifləri ilə də razılaşıb hərəkət etməlidir. Seçiləcək namizəd də nüfuzlu biri olmalıdır”, - Paylan bildirib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi