
Erməni polis jurnalisti vurdu – İşdən qovuldu + VİDEO
İrəvanın 11 kilometrliyində yerləşən Kasax qəsəbəsində polislə yerli sakinlər arasında qarşıdurma baş verib.
Azpolitika.info xəbər verir ki, erməni mətbuatının yazdığına görə, qəsəbə sakinləri ictimai nəqliyyat problemi həll olunmadığı üçün Aştərək-İrəvan magistral yolunu bağlayıblar. Polisin müdaxiləsindən sonra yol açılıb.
Bu zaman polis əməkdaşları ilə etirazçılar arasında qarşıdurma yaranıb. İnsident zamanı polislərdən biri hadisə yerində olan jurnalisti vurub. Bununla bağlı kadrlar yayımlanandan sonra Ermənistan DİN həmin əməkdaşın dərhal işdən qovulduğunu bəyan edib .
Bu barədə öz Facebook səhifəsində Ermənistanın DİN başçısının mətbuat katibi Narek Sarkisyan paylaşım edərək, polisin jurnalistə əl qaldırdığı üçün cəzalandırıldığını qeyd edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın