"Ermənistan beynəlxalq idman yarışlarını keçirmək iqtidarında deyil"

"Ermənistan beynəlxalq idman yarışlarını keçirmək iqtidarında deyil" 

Ermənistanın faşist və terrorçu mahiyyəti idman yarışlarının da sağlam şəraitdə keçirilməsinə imkan vermir.

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı azarkeşlərdən birinin Azərbaycan bayrağını yandırması, bu barbarlıq beynəlxalq ictimaiyyət, beynəlxalq idman təsisatlarının gözü qarşısında baş verdi. Biz beynəlxalq ictimaiyyəti bu barbarlıq əməlini kəskin şəkildə pisləməyə çağırırıq.Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin birgə bəyanatında da bu çağırış yer alıb.Avropa Ağır Atletika Federasiyası Ermənistana qarşı sanksiya tətbiq etməlidir. Bu vaxta qədər Azərbaycanda keçirilən, ermənilərin də iştirak etdiyi idman tədbirlərində bir dəfə də olsun belə və ya buna bənzər hal yaşanmayıb. 

Faktinfo.az xəbər verir ki,bu fikirləri mətbuata açıqlamasında  deputat Könül Nurullayeva deyib.

Deputat onu da qeyd edib ki,"Bakı-2015" I Avropa Oyunlarının boks yarışında gümüş medal qazanan erməni idmançı mükafatlandırma mərasimində azarkeşlər tərəfindən fitə basılarkən, Prezident İlham Əliyevin jestini - azarkeşləri bunu dayanmağa çağırmasını xatırlatmaq yerinə düşər. Hətta erməni idmançı o vaxt özü də bununla bağlı təəsüratını bölüşərək idman qaydalarına uyğun olaraq əlinin sıxıldığını, təbrik edildiyini bildirmişdi. Bunu nümunə kimi qeyd etmişdi. Bu, Azərbaycan nümunəsidir. Ermənistanın baş nazirinin iştirak etdiyi mərasimdə isə belə bir barbarlığın törədilməsi və bunun Ermənistan ictimaiyyəti tərəfindən alqışlanması bu ölkədə etnik nifrətin, Azərbaycanofobiyanın bariz nümunəsidir.Hər zaman idman yarışları xalqları birləşdirib, sülhü təbliğ edib. Ermənistan isə idman yarışlarından da irqçilik məqsədilə istifadə etdi, xalqlar arasında sülhü, qarşılıqlı anlaşmanı təbliğ edən idmanın nəcib məqsəd və prinsiplərini pozdu.Hesab edirik ki, baş vermiş bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər