
Ermənistanda rus hərbi bazasına etitaz aksiyası - Müxalifət Paşinyanı təxribatda ittiham edir
Bu gün Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılması tələbilə etiraz aksiyası keçirilir. Gümrüdə keçirilməli olan aksiya hələ bir neçə gün əvvəl “Respublika Naminə” Partiyasının sədri Armen Babacanyan tərəfindən anons edilmişdi. Hətta İrəvandan insanların avtobusla Gümrüyə aparılmasının təşkil ediləcəyi bildirilmişdi.
Babacanyan öz Facebook səhifəsindəki paylaşımında qeyd edib ki, “Ermənistanın təhlükəsizliyini xarici dövlətin qüvvələri əsasında qurmaq olmaz: “102-ci hərbi baza Ermənistanın müstəqilliyinə təhdiddir və ölkənin əsl təhlükəsizliyi siyasətdən və çoxtərəfli müttəfiqlik əlaqələrindən asılı olmayaraq, öz silahlı qüvvələri tərəfindən təmin edilir”.
Saat 15:00-da hərbi bazanın qarşısında başlayan aksiyaya polis müdaxilə edib. Belə ki, hökumət aksiyaya icazə verməyib. Buna baxmayaraq, hərbi bazanın qarşısına xeyli etirazçı toplaşıb.
Bu arada isə qatı millətçi və ruspərəst müxalifət bu aksiyanın təşkilində Nkol Paşinyanı günahlandırıb. “Ana Ermənistan” blokunun nümayəndəsi Manuk Sukiasyan deyib ki, aksiya Paşinyanın sifarişilə təşkil olunub və qərbyönlüdür: "Qərbpərəstlər bu mitinqi hakimiyyətin himayəsi ilə keçirirlər. Sifarişçi hakimiyyətin özüdür”.
Belə qənaət yaranır ki, hökumət Rusiya bazalarının çıxarılmasını istəyir və bunun üçün özünə yaxın siyasi qüvvələri dövrəyə buraxır. Ruspərəst müxalifət isə bunun qarşısını almağa çalışır…
/Azpolitika.info
Bu xəbər üçün şərh yazın