"Ermənistanın silahlandırılması qüvvələr nisbətini dəyişə bilməz"-

"Ermənistanın silahlandırılması qüvvələr nisbətini dəyişə bilməz"- Könül Nurullayeva

"Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Ermənistanı silahlandıran qüvvələrin əsas niyyətini açıqladı.

Məqsəd – Azərbaycanı daim təzyiq altında saxlamaqdır.  Fransanın bu prosesdə canfəşanlığı təbii ki, diqqətdən yayınmır. Bu dəstək hətta Ermənistanda Qarabağın yenidən işğal edilməsilə bağlı təhlükəli illüziyalar yaratmaqdadır. Hətta dövlət başçımız da bu cəfəng iddialar səsləndirənlərin əhatə dairəsinin daha da genişlənəcəyini istisna etmədi. Yəni, Fransanın hərbi dəstəyi Ermənistanın hətta rəhbər qruplaşmalarını belə  revanşizmə həvəsləndirir. Bu səbəbdən ordu quruculuğu prosesinin davam etməsi labüddür. Ölkə Prezidentinin də söylədiyi kimi, “yeni konseptual inkişaf strategiyamız, milli ideologiyamızın yeni istiqamətləri və əldə edilmiş uğurlarla sakitləşmək sanki müəyyən durğunluğa gətirib çıxara bilər”.

Faktinfo.az xəbər verir ki,bu sözləri Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin yerli telekanallara müsahibəsinə münasibət bildirən Könül Nurullayeva deyib.

Deputat qeyd edib ki,bu il müdafiə sənayesi kompleksinin nəzdində olan zavodlara həm dövlət, həm özəl sektor tərəfindən ən azı bir milyard manat investisiya qoyuluşunun nəzərdə tutulması yaxşı perspektivlər açır. Bu, Azərbaycanın  özünü daha böyük həcmdə lazım olan vasitələrlə təmin etməsi deməkdir. Biz müharibənin başa çatmasından dərhal sonra müdafiə qabiliyyətinin daha da möhkəmlənməsinin real nəticəsini sentyabr əməliyyatları zamanı gördük. Doğrudur, Ermənistanın silahlandırılması qüvvələr nisbətini dəyişə bilməz. Bununla belə, müdafiə qabiliyyəti sülh dövründə daha da güclənməlidir.

O,həmçinin bildirib ki,prezident İlham Əliyevin də bəyan etdiyi kimi, biz heç vaxt sakitləşə bilmərik. "Bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik."

Bu, həm Ermənistana, həm də onun havadarlarına xəbərdarlıqdır – Azərbaycan istənilən real təhlükəni zərərsizləşdirmək iqtidarındadır,- deputat qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi