Ət idxalı artmaqda davam edir

Ət idxalı artmaqda davam edir 

Azərbaycanın xaricdən ət idxalında artım müşahidə edilib.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, cari ilin yanvar-oktyabr ayları ərzində 62,6 milyon dollar dəyərində 33,806 min ton ət alınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 7,8 milyon dollar və ya 1,342 min ton çoxdur. Belə ki, 2021-ci ilin 10 ayında ölkəyə dəyəri 54,8 milyon dollar olmaqla 32,464 min ton ət idxal edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi