Ətin qiyməti qalxdı-Nazirliyə sərt ittihamlar...

Ətin qiyməti qalxdı-Nazirliyə sərt ittihamlar... 

Azərbaycanın bölgələrində ətin bir kiloqramı 12-13 manatdan 14-15 manata qalxıb. Satıcılar bildirirlər ki, bir neçə gündür bazarda mal və quzu ətinin qiymətində 1-2 manat artım olub.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlasaq da nazirliyin mətbuat katibi Vüqar Hüseynov "Yeni Sabah.az-a açıqlamasında bahalaşmanın nazirliklə heç bir əlaqəsinin olmadığını deyib:

"Ətin qiyməti bahalaşıb bahalaşmamasını araşdıra bilərsiniz. Bu işə Kənd Təsərrüfatı Nazirliyi baxmır". 

Yenisabah.az-a danışan Kənd Təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, ətin bahalaşmasının səbəbi örüş yerlərinin azalması, yem qiymətlərinin qalxmasıdır:

“Kənd təsərrüfatı ilə bağlı bir çox proqram qəbul edilib, lakin onların heç biri uğurla başa çatmayıb. Əksəriyyətində nəzərdə tutulan problemlər ümumiyyətlə, mövcud olan problemlərin aradan qaldırılmasına yönəlməmişdi, yaxud bu sahədə lazımi işlərin görülməsi üçün yetərli deyildi. Aparılan siyasət yanlış olduğu üçün nəticə də bu cür olur. Hökumət son vaxtlar təbii biçənək, örüş ərazilərini əkinə verdiyi üçün örüş əraziləri azalıb. Ot istehsalı, yem istehsalı azalıb. Keçən il taxıl məhsulu istehsalı da 200 min ton azalıb. Bunun nəticəsi isə odur ki, ot, yem azaldığı üçün qiyməti artır. Bu səbəbdən də əldə olan məhsulun yəni ətin qiyməti yüksəlir. Əlbəttə, ət istehsalçıları da çalışırlar ki, o itkini kompensasiya etsinlər. Onlar yem üçün daha çox pul xərcləyir və artan xərci bu cür kompensasiya edirlər, ətin qiymətini artırırlar”.  

Ekspert bunun birbaşa Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı olduğunu qeyd edib:

"Kəndli də istəməz ki, qiyməti bahalaşdırsın, çünki bilirlər ki, hazırda alıcılıq qabiliyyəti aşağıdır. Kim istəyər ki, məhsulu bahalaşdırsın, alıcı gəlməsin və onun məhsulu xarab olsun? Bunu heç kim istəməz. Bu aqrar sahədə çalışanların qeyri-peşəkarlığı ilə bağlıdır. 

Dəfələrlə demişəm ki, görün,  Kənd Təsərrüfatı Nazirliyində bir aqronom, zootexnik, baytar həkim varmı?  Xeyr yoxdur! Orada vəzifədə olanlar hüquqşünaslar, tarix müəllimləri, politoloqlar və sahədən bixəbər olan iqtisadçılardır. Ona görə də kənd təsərrüfatı batıb gedir. Son vaxtlar qiyməti artan təkcə ət deyil, digər kənd təsərrüfatı məhsullarının da qiymətində artım müşahidə edirik. Kənd Təsərrüfatı Nazirliyi ona görə bu suallara cavab verə bilmir. Onlar qiymət artımını bazarın üstünə yıxır. Bazarda təklif varsa,deməli qiymət normal olacaq. Təklif azalırsa,qiymət də artır.Deməli Kənd Təsərrüfatı Nazirliyi təklifin artması üçün yetərincə iş qura bilməyib".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi