“F-16-lar vəziyyəti dəyişəcək” – “Uzun və ağır döyüşə hazır olmalıyıq”

“F-16-lar vəziyyəti dəyişəcək” – “Uzun və ağır döyüşə hazır olmalıyıq” 

“Təbii ki, F-16-lar vəziyyəti dəyişəcək. Onlar Ukraynanın Rusiya işğalçı qüvvələrinə itki vermək qabiliyyətini gücləndirəcək. F-16-lar Ukraynanın hava hücumundan müdafiəsini daha da gücləndirməyə kömək edəcək”.

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Ukraynanın Xarici İşlər naziri Dmitri Kulebanın iştirakı ilə Ukrayna-NATO Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Eyni zamanda o, Danimarka, Hollandiya və Norveçin F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi qərarını alqışladığını bildirib. Baş katib xatırladıb ki, bir neçə həftə əvvəl Rumıniyada ukraynalı pilotların hazırlanması mərkəzi yaradılıb və ABŞ müttəfiqlərə Ukraynaya bu təyyarələri vermələrinə icazə verib: "Mən sizə dəqiq tarixi deyə bilmərəm, amma ümid edirəm ki, təyyarələrin verilməsi mümkün qədər tez başlayacaq". O, təyyarələrin artıq hazır olduğunu, lakin pilotların hazırlanmasına ehtiyac olduğunu vurğulayıb.

F-16-ların ciddi və güclü silah olduğunu təkrarlayan Stoltenberqin fikrincə, eyni zamanda başa düşmək lazımdır ki, döyüş meydanında vəziyyəti kökündən dəyişdirən heç bir sehrli vasitə və ya vahid sistem yoxdur: “Rusiyanı geri oturtmaq üçün bir çox müxtəlif vasitələrin eyni vaxtda, birgə işləməsi vacibdir. Biz uzun, ağır döyüşə hazır olmalıyıq”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi