"Finlandiya NATO-ya üzvlüyünə özü qərar verir" - XİN

"Finlandiya NATO-ya üzvlüyünə özü qərar verir" - XİN 

“Mövcud şəraitdə Finlandiyanın NATO-ya üzvlüyünün yeri deyil, indi Ukrayna ilə həmrəylik göstərmək lazımdır”.

Report.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkəsinn Alyansa üzvlüyü ilə bağlı sualı cavablandırarkən bildirib.

“Finlandiya təhlükəsizliyi ilə bağlı siyasətə özü qərar verir. Bunun məsuliyyətini özümüz daşıyırıq. NATO ilə müştərək çox yaxşı əməkdaşlığımız var. Avropanın təhlükəsizlik qanunlarına əsasən, hər ölkə təhlükəsizliyi barədə özü qərar qəbul edir”, - nazir deyib.

Qeyd edək ki, martın 4-də NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı keçirilib. Toplantıya Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrellə yanaşı, Finlandiya və İsveçin xarici işlər nazirləri də dəvət ediliblər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər