Fransa haubitsaları rusların mövqelərini məhv etdi

Fransa haubitsaları rusların mövqelərini məhv etdi 

Ukrayna hərbçiləri “Sezar” özüyeriyən artilleriya qurğusu ilə düşmənin 15-dən çox texnikasını məhv ediblər.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində Rusiya ordusuna məxsus 2S-19 “Msta” özüyeriyən haubitsası və batareya komandirinin komanda-qərargah maşını məhv edilib.

Bildirilib ki, “Sezar”lar cəbhə xəttindən 20 km arxada yerləşdirilib və yüksək dəqiqliklə rus ordusunun mövqelərini məhv edir.

Qeyd edək ki, Fransa bir müddət öncə Ukraynaya 12 ədəd “Sezar” özüyeriyən artilleriya qurğusu verib. Makron ötən gün Kiyevdə olarkən daha 6 ədəd "Sezar" veriləcəyini bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi