Fransanın qərarları regionu yeni təhlükələrə yönləndirir -

Fransanın qərarları regionu yeni təhlükələrə yönləndirir - Spiker

"Fransa Senatını noyabrın 15-də Azərbaycan əleyhinə qətnamə qəbul etməsindən sonra Fransa Asambleyası noyabrın 30-da ölkəmizin ərazi bütövlüyünə şübhə ilə yanaşması ilə bağlı qərar qəbul edib".

 Bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün keçirilən plenar iclasda çıxışı zamanı bildirib.


Spiker vurğulayıb ki, bu gün Fransanın hakimiyyət orqanları, parlamenti Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşmasına böyük zərbə vurur, regionu yeni təhlükələrə yönləndirir.


S.Qafarova bildirib ki, müxtəlif lobbi maraqlarının Cənubi Qafqaza daşınması qəbuledilməzdir.


"Qeyd edək ki, bu qətnamədə Ermənistanın ölkəmizə qarşı törətdiyi işğalçılıq siyasəti və soyqırımlarına yer verilmir. Fransa hakimiyyəti Azərbaycan və Ermənistan arasında sivil münasibətlərin qurulmasına mane olmaqdan əl çəkməlidir”, - deyə spiker bildirib.

 Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər