Fuad Hacıyevin rəhbərlik etdiyi akademiya 100 minlik müqavilə üzrə proseduru dövlət satınalmalarının internet portalında keçirməyib

Fuad Hacıyevin rəhbərlik etdiyi akademiya 100 minlik müqavilə üzrə proseduru dövlət satınalmalarının internet portalında keçirməyib 

Azərbaycan İdman Akademiyasının xarici ölkələrdə tanınması, beynəlxalq əlaqələrin inkişafı və Akademiyaya 40 nəfər xarici tələbənin təhsil almaq üçün cəlb olunmasına vasitəçilik xidmətinə 103 250 AZN xərclənəcək.

 Pravda.az-ın xəbərinə görə, vasitəçilik xidmətini “Education in Azerbaijan” MMC həyata keçirəcək.

 “Azərbaycan İdman Akademiyası” publik hüquqi şəxs və MMC arasında müqavilə bağlanıb. Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 Qeyd: Akademiyanın rektoru Fuad Hacıyevdir. MMC-nin qanuni təmsilçisi isə Zemfira Cahangir qızı Məmmədovadır.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi