Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində fonda pul köçürüblər

Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində fonda pul köçürüblər 

Füzuli Rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulublar.

Faktinfo.az-a rayon icra hakimiyyətindən verilən məlumata görə, icra hakimiyyətinin əməkdaşları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllülük prinsipi əsasında 37,6 min manat köçürüblər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi