Füzuli rayonunda dezinfeksiya işləri gücləndirilib

Füzuli rayonunda dezinfeksiya işləri gücləndirilib - FOTOLAR

Füzulidə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri gücləndirilib. Horadiz şəhəri və ətraf kəndlərdə küçə və prospektlər kommunal təyinatlı texnikalar vasitəsilə məhlulla yuyularaq dərmanlanıb.

Faktinfo.az xəbər verir ki,rayonun Qazaxlar Mirzənağılı və Əhmədalılar kəndlərində də dezinfeksiya işləri yerinə yetirilib. Görülən işlərlə yanaşı, rayon ərazisində idarə-müəssisə binaları, eyni zamanda, sakinlərin sıx toplaşdığı ərazilər, yaşayış binaları təkrar olaraq xüsusi məhlulla dərmanlanıb. Bu kimi tədbirlər mütəmadi davam etdiriləcək.

Füzuli rayonunda dezinfeksiya işləri gücləndirilibFüzuli rayonunda dezinfeksiya işləri gücləndirilibFüzuli rayonunda dezinfeksiya işləri gücləndirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi