Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı HƏBSDƏN BURAXILDI -

Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı HƏBSDƏN BURAXILDI - VAXTINDAN ƏVVƏL

Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev 25 avqust 2023-cü il tarixində həbs müddəti başa çatmamışdan öncə buraxılıb.

Onun həbsdən tez buraxılmasının səbəbi səhhətində olan ciddi problemlə bağlıdır.

Qeyd edək ki, Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevin vaxtında şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş Məharət Mustafayev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşların keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Onlar barəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 178-ci (dələduzluq), 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham verilmişdi.

Onu da nəzərinizə çatdıraq ki, Məharət Mustafayev 2011-2014-cü illərdə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də işləyib./hurriyyet.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi