Gəncədə polis zabitlərindən birini öldürən şəxs tutuldu –Vətəndaşlar onu təhvil verib

Gəncədə polis zabitlərindən birini öldürən şəxs tutuldu –Vətəndaşlar onu təhvil verib 

Polis zabitlərindən birini öldürən Qasımov Fərrux Xəqani oğlu tutulub.

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz  aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşların yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib. 

APA-nın xəbərinə görə, bu cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin də tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər