“Gömrükdə mahiyyəti bilinməyən formada ödənişlər götürülürsə...”

“Gömrükdə mahiyyəti bilinməyən formada ödənişlər götürülürsə...” – Ekspert Gömrük Komitəsinin ləğvini təklif etdi

“Əvvəlki illər kimi olmasa da, gömrükdə problemlər hələ də qalmaqdadır.

 Gömrüklə bağlı ödənişi bank rəsmi şəkildə sizdən qəbul etdisə, burda problem yoxdur. Aydındır ki, ödənilən məbləğ dövlət büdcəsinə gedir. Gömrükdə mahiyyəti bilinməyən formada ödənişlər götürülürsə, bu, qanunsuzdur və faktlar əsasında şikayət etmək lazımdır. Hesab edirəm, Dövlət Gömrük Komitəsinə ehtiyac yoxdur. Vergi xidməti necə ki, İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərir, DGK də eyni qaydada nazirliyə tabe edilməlidir. Nəzərə almaq lazımdır ki, gömrük işi vergi işindən qat-qat rahat, standart işdir. Vergi sahəsi daha mürəkkəbdir. Əgər belə mürəkkəb sahə nazirliyin tabeliyindədirsə, gömrük niyə ayrı olmalıdır?”

 Bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.

 Ə.Həsənov bildirib ki, əvvəlki Vergilər Nazirliyində əvvəldən işi sistemli quran, işə elmi yanaşa bilən kadrlar çoxdur: “Dövlət Gömrük Komitəsində isə bu, yoxdur. Gömrük də, vergi də mahiyyətcə eynidir. Hər ikisi dövlətin gəlir mənbəyidir. Büdcəyə gələn bu pullar eyni inzibati formalar, metodlar, alətlərlə yığılır. Ona görə də başa düşmürəm nə üçün komitə ayrı qurum kimi fəaliyyət göstərir?”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi