Goranboyda camaatın örüş yerini satıblar

Goranboyda camaatın örüş yerini satıblar -İDDİA

Goranboy rayonundan edilən şikayətlər digər rayonlarla müqayisədə çoxdur. Bu rayondan prezident administrasiyasına,eləcə də mətbuata göndərilən şikayətlərdən görünür.

Növbəti şikayət örüş yeri ilə bağlıdır.Gundemxeber.az-ın məlumatına görə,Goranboy rayonunun Qazanbulaq qəsəbəsinə yaxın ərazidə yerləşən, eyni zamanda rayonun Borsunlu kənd bələdiyyəsinin balansında olan örüş sahələri, hal-hazırda "Aqro SAR" MMC tərəfindən qeyri-qanuni olaraq əkilir.

"Ona görə qeyri-qanuni deyirik ki, adı çəkilən bu şirkərin Borsunlu bələdiyyəsi ilə icarə müqaviləsi olsa da,örüş sahələrindən əkin sahəsi kimi istifadə etmək qanunla qadağandır.Yəni,işlər təyinatı üzrə aparılmır.Görəsən aidiyyəti dövlət qurumları,xüsusilə də Əmlak Məsələləri Dövlət Xidməti hara baxır ki, qeyd olunan ərazidə bu cür qanunsuzluqlar tüğyan etməkdədir?-məlumatda bildirilir.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər