Gürcüstan 3 Azərbaycan vətəndaşını deportasiya edib

Gürcüstan 3 Azərbaycan vətəndaşını deportasiya edib 

Bu ilin II rübündə Gürcüstandan 1 Azərbaycan vətəndaşı deportasiya olunub.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

Aprel-iyun ayları ərzində qonşu ölkədən çıxarılan Azərbaycan vətəndaşı 18 yaşında gənc qadın olub.

Hesabat dövründə Gürcüstan ərazisindən, ümumilikdə, 7 xarici ölkə vətəndaşı çıxarılıb.

Qeyd edək ki, bu ilin I rübündə Gürcüstandan iki Azərbaycan vətəndaşı deportasiyası edilib./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi