Gürcüstanda olan zəlzələ Ağstafada da hiss olunub

Gürcüstanda olan zəlzələ Ağstafada da hiss olunub 

Ötən gecə baş verən 6,2 ballıq zəlzələdən sonra Gürcüstanda səhərə qədər avterşoklar müşahidə edilib.

Faktinfo.az  xəbər verir ki, Gürcüstan Milli Seysmoloji Mərkəzi 3,1 baldan yuxarı ən azı 6 avterşok qeydə alındığını açıqlayıb.

Avterşoklardan 4,5 bal gücündən olan birincisi zəlzələdən 2-3 dəqiqə sonra – saat 22:28-də eyni ərazidə baş verib. Daha sonra 00:14-də 3,1 bal, 03:35-də 3,5 bal gücündə və s. avterşoklar olub.

Qeyd edək ki, ötən gün saat 22:25-də Gürcüstanda Dmanisi yaxınlığında, Tiflisdən 58 km məsafədə 6,2 bal gücündə baş verən zəlzələ Ağstafa şəhərində və rayonun Gürcüstanla həmsərhəd olan kəndlərində yaşayan əhali arasında təşviş yaradıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi