Hakim prokurorun qərarını ləğv etdi -

Hakim prokurorun qərarını ləğv etdi - Ölüm işinə başqa prokuror baxacaq

Sabunçu Məhkəməsində qolunu arı sancan gəncin həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişməsilə bağlı ilk proses keçirilib.

Hakim Əhmədov Fəqan Rövşən oğlu tərəfindən baxılan işlə bağlı qərar qəbul edilib.

Ötən ilin oktyabr ayında baş verən ölüm işilə bağlı Bakı şəhəri Sabunçu rayon prokurorunun böyük köməkçisi, I dərəcəli hüquqşünas Abasov Turan Qulu oğlunun 530C-17 nömrəli yoxlama materialı üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 aprel 2018-ci i tarixində verdiyi qərar hakim F.Əhmədov tərəfindən ləğv edilib. Faktı ədalətli şəkildə araşdıran Sabunçu Rayon Məhkəməsinin hakimi R.Əhmədov bildirib ki, iş baxılması üçün başqa prokurora veriləcək.

Xatırladaq ki, ötən ilin oktyabr ayında 24 yaşlı Cavid İmanlının qolunu arı sancması nəticəsində o, 3 saylı Kliniki Tibbi Mərkəzin həkimi Tağı Əliyevə müraciət edib. Həkimə gedən C.İmanlını məcburi, heç bir analiz olmadan, ailəsinə məlumat vermədən əməliyyata salan həkim gəncə adi palatada digər xəstələrin yanında narkoz verərək əməliyyat etmək istəyib. Lakin gənc narkoz səbəbindən şok keçirib və dünyasını dəyişib.

Sabunçu Prokurorluğu isə işlə bağlı cinayət işi açmaqdan imtina etmişdi.

Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi