“Hakimiyyəti istefaya məcbur edəcəyik...” - Sabiq Müdafiə naziri Paşinyanı hədələdi

“Hakimiyyəti istefaya məcbur edəcəyik...” - Sabiq Müdafiə naziri Paşinyanı hədələdi 

Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi “Ümumerməni Cəbhəsi” hərəkatı Nikol Paşinyan hakimiyyətini ittiham edən və hədələyən bəyanat yayıb.

AzPolitika.info xəbər verir ki, Ermənistan mətbuatında yayımlanan bəyanatda hökumət ölkənin və millətin maraqlarını satmaqda günahlandırılır: “Ermənistan Respublikası çətin günlərdən keçir. Bu gün biz təkcə tarixi ərazilərimizin, milli abidələrimizin yox, həm də ölkəmizin suverenliyinin, əhalinin ədalətə və işıqlı gələcəyə inamının itirilməsini etiraf etməliyik. Vəziyyətin bu cür olmasının səbəbi hakimiyyətin müxtəlif səviyyələrdəki özfəaliyyəti, dövlət maraqlarına hörmətsizliyi və xəyanətidir”.

Hərəkat bütün müxalif qüvvələri öz ətrafında birləşməyə çağırıb və iddia edib ki, hakimiyyəti istefaya göndərməyə nail olacaq: “Biz birlikdə Ermənistan xalqının bu gün ölkədə baş verənlərə və şəxsi maraqlarını xalqın mənafeyindən üstün tutan hakimiyyətə münasibətini bildirəcəyik. Biz birlikdə hökuməti üzünü xalqa tutmağa, könüllü olaraq səhvlərini etiraf etməyə və istefa verməyə məcbur edəcəyik”.

Qeyd edək ki, hazırda Rusiyada yaşayan və bu ölkənin xüsusi xidmət orqanları ilə “işlədiyi” heç bir şübhə doğurmayan A.Karapetyan 2018-ci il inqilabından sonra 3 ilə yaxın müddətdə Nikol Paşinyanın hərbi məsələlər üzrə müşaviri olub. 2021-ci ildə Paşinyan onu Müdafiə naziri təyin edib

Lakin Karapetyan cəmi üç ay bu vəzifədə oturduqdan sonra Paşinyan onu istefaya göndərib. Bu ilin oktyabrından başlayaraq Moskvada oturan Karapetyan Paşinyana qarşı “savaş açıb”. Hakimiyyət təmsilçiləri dəfələrlə onun Kremlin sifarişini yerinə yetirdiyinə eyham vurublar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi