"Haqqımda yazılanlara jurnalistin özünün inanması çətindir"

"Haqqımda yazılanlara jurnalistin özünün inanması çətindir" - İBRAHİM CƏFƏROV

"Ramiz Mehdiyevin Mərdəkandakı bağ evində olmamışam, hansı gizli toplantıdan söhbət gedir bilmirəm.

Vasif Talıbovla görüşməyimdən, hansısa "konsey"ə üzv olmağımdan yazıblarsa,sualınıza cavab olaraq bildirirəm ki, hamısı yalan məlumatlardır, jurnalist təxəyyülünün məhsuludur.Mənim heç vaxt Naxçıvanın Kənd Təsərrüfatı naziri olmaq fikrim olmayıb.Heç nə demirəm, bunu yazan bir fakt, bir şəkil qoysun ortaya ki,mən bağ evində və ya hardasa Vasif Talıbovla görüşmüşəm. 


Həmçinin digər sualınıza cavab olaraq bildirirəm ki, ölkədə aparılan islahatları dəstəkləyirəm və adımın islahatların qarşısını almaqda hallandırılması çox ucuz və yersiz fikirdir. Belə məsələlərə qarışmaq və ya dirəniş göstərməyimə gəlincə,inanın ki, bunları yazan jurnalistin özünü yazdıqlarına inandırmaq çətin olar. İndi neynəyək, yazırlar da.


Özümü biləndən Heydər Əliyev siyasətinə sadiq biriyəm və fəxr edirəm ki,həmin siyasəti qətiyyətlə irəli aparan möhtərəm prezidentimiz İlham Əliyev var.Mən prezidentimin əsgəriyəm və bununla qürur duyuram."


Bu fikirləri Faktinfo.az-a haqqında bəzi saytlarda tənqidi fikirlər yer alan elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov danışarkən deyib.

 FAKTİNFO.AZ


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi