HƏKİMİN QATİLLƏRİ HƏBS EDİLİB - Biri 18, biri 17 yaşındadır...

HƏKİMİN QATİLLƏRİ HƏBS EDİLİB - Biri 18, biri 17 yaşındadır... 

Yevlax rayonunda həkimi öldürməkdə təqsirləndirilən şəxslər həbs edilib.

Bu barədə Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun öldürülməsinə dair cinayət işinin istintaqı Yevlax rayon prokurorluğunda davam etdirilir.


İstintaqın gedişində 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev və 2005-ci il təvəllüdlü Ramiz Məmmədovun mərhumun evinə basqın etməsi, kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.


Qeyd edilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.11-ci (quldurluqla əlaqədar adam öldürmə) maddələrilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi