Həqiqətin bir üzvü var

Həqiqətin bir üzvü var 

Şəhidlər ! Keçmişimiz, bu günümüz, gələcəyimiz! Tariximizi qızıl qanları ilə yazan mərd, mübariz övladlarımız! Sizin haqqınızı kim ödəyə bilər ki?!

Dünya durduqca, bəşəriyyət var olunca bu haqqı, bu borcu ödəmək qeyri-mümkündür. Yalnız  hər birimiz üzərimizə düşən bircə vəzifəni layiqincə yerinə yetirməliyik. Şəhidlərimizin əziz xatirəsini hər daim uca tutaraq onların geridə qalan əzizlərini, doğmalarını qayğı və diqqətdən kənrda qoymayaq.Bacardığımız, gücümüz yetdiyi qədər onlara mənəvi və maddi dəstək olaq. Bəlkə bu zaman azacıq da olsa təskinlik tapa bilərik,  şəhidlərimizin ölməz , uca ruhlarını şad etmiş olarıq .

Qədirbilən xalqımız  bu həqiqəti gözəl dərk edir. Uşaqdan böyüyə, sıravi vətəndaşdan dövlət məmuruna kimi hər kəs üzərinə düşənləri yerinə yetirir. Elə Salyan rayonunda da şəhidlərimizin əziz xatirəsinə hörmət, onların ailə üzvlərinə, doğmalarına qayğı və diqqət bir vicdan məsələsi, bir insanlıq borcu hesab edilir. İcra başçısı Sevindik Hətəmov şəhidlərimizin xatirəsini hər daim yüksəkdə tutan, şəhid və qazi ailələrini bir an belə unutmayan, onlardan maddi və mənəvi dəstəyini əsirgəməyən bir dövlət məmuru, bir vətəndaş, ən başlıcası ləyaqətli bir insandır. Bütün bunların isə sübuta qətiyyən ehtiyacı yoxdur. Çünki Salyan rayonunda hər kəsin bu işlərdən, əməllərdən xəbəri vardır.

  Lakin narahat edici məsələ ondan ibarətdir ki, hansısa qeyri-peşəkar insanlar  bütün bünları görməzdən gələrək, təbiət hadisəsi, güclü külək nəticəsində şəhid plakatının, cızılmsı və yaxud dirəyinin əyilməsi məsələsini şişirdərək, bu hadisənin şəhidlərin xatirəsinə hörmətsizlik kimi qələmə alırlar. Nəzərə almaq lazımdır ki, axır vaxtlar keçən qeyri-sabit hava şəraiti nəticəsində müəyyən problemlər yarana  bilir. O anda yoldan keçən kiminsə çəkdiyi bir şəkil və yaxud video görünütünü hörmətsizlik və diqqətsizlik kimi başa düşmək və bunu beləcə də işıqlandırmaq qeyri-peşəkarlıqdan və haqsızlıqdan başqa bir şey deyil. Hər zaman şəhidlərin xatirəsini əziz tutan, şəhid və qazi ailələrini, doğmalarını qayğı və diqqətdə saxlayanlar, təbii ki, plakatın cırılmsına və yaxud cızılmasına, dirəyinin əyilməsinə də biganə qalan deyillər. Xəbər tutduqları anda müvafiq tədbirlər görüb, narahatlığı aradan qaldırıblar və qaldıracaqlar . Belə vəziyyətlərdən sui-istifadə edib, insanların haqqına girmək isə nə vicdandan , nə də ki ləyaqətdəndir. Gəlin, insanlığımızı bu qədər də itirməyək !

Müşfiq Kişiyev

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi