Hərbi ekspert: “Bu, Azərbaycanın Ermənistanı çökdürdüyü paraddır”

Hərbi ekspert: “Bu, Azərbaycanın Ermənistanı çökdürdüyü paraddır” 

“Ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi.

Zəfər paradına aparan yol cəmi 44 gün davam etsə də, bu ərazi iqlim, relyef baxımından çox mürəkkəb və çətin idi. Lakin silahlı qüvvələrimiz bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəldilər”.


Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev Demokrat.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, bu parad  müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılan möhtəşəm bir hadisədir: 



“Zəfər paradının keçirilməsi həm işğalçı Ermənistana, həm də onu dəstəkləyən müxtəlif ölkələrə silahlı qüvvələrimizin real döyüş potensialının əsas komponentini nümayiş etdirilməsi ilə yadda qaldı. Bu gün artıq Zəfər paradının biz ilk dönümünü qeyd edirik. Gələcək nəsillərə bizim qoyub gedə biləcəyimiz və ən dəyərli miras olan Qarabağ zəfəri və onun rəsmi şəkildə bəyan edən Zəfər paradı bir çox mühüm əhəmiyyətlərə malikdir.

 İlk növbədə bu parad Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçularımızın vətən sevgisinin və qəhrəmanlıqlarının dünyaya bir elanı kimi dəyərləndirilməlidir. Zəfər paradı Azərbaycanda yaşayan bütün millətlərin haqlı və ədalətli mübarizəmizdə əldə etdiyi ortaq qələbənin beynəlxalq ictimaiyyətə rəsmi elanı kimi dəyərləndirilə də bilər. Belə bir möhtəşəm qələbənin və onun şərəfinə keçirilən zəfər paradının şahidi olduğuma görə, çox xoşbəxtəm. Qeyd edim ki, bu, Azərbaycanın Ermənistanın çökdürdüyü rəsmi Zəfər paradıdır. Nə bu zəfəri, nə də bu zəfəri bizlərə yaşadan qəhrəman övladlarımızı heç zaman unutmayacağıq!”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi