Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin rəisi dövlət idarəsini şəxsi ofisinə döndərib

Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin rəisi dövlət idarəsini şəxsi ofisinə döndərib -İDDİA

Faktinfo.az saytına Ucar rayonu Təzə Şilyan kənd sakini Abdullayev Mirdamət Balakişi oğlu tərəfindən şikayət məktubu daxil olub.Şikayətçinin iddiasına görə, Azərbaycan Respublikasınının Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin rəisi Ceyhun Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət idarəsini şəxsi ofisinə döndərib.

Mirdamət Abdullayev yazır: "2002-ci il tarixdə anadan olmuş oğlum Rüstəm Abdullayev ciddi xəstədir, o, ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkir.Buna baxmayaraq istənilən pulu verə bilmədiyim üçün Ucar rayon hərbi komissarı Ceyhun Əliyev qanunsuz olarq onu hərbi xidmətə aparmaq istəyir.Oğlum Rüstəmi 1 il əvvəl həqiqi hərbi xidmətə aparmadılar,ona xəstəliyinə görə möhlət hüququ verildi.Bu müddət ərzində o müayinə və müalicələr alsa da, sağalmadı. Hətta müalicə həkimi bildirir ki, Rüstəm ağır xəstədir,bu vəziyyətinə görə ona hərbi xidmət keçmək qəti olmaz.Ancaq buna baxmayarq, Ucar rayon hərbi komissarı Ceyhun Əliyev xəstə oğlumu qanunsuz olaraq hərbi xidmətə aparmaq istəyir.Artıq Rüstəmə çağırş vərəqidə verilib ki, 05 yanvar 2022-ci il tarixdə hərbi komissarlıqda olsun."

 Şikayətçi daha sonra qeyd edir ki, Ceyhun Əliyev Ucar rayon hərbi komissarlığına rəis vəzifəsinə təyin olunandan sonra orada rüşvət  tüğyan edir.Sağlam insanlar rüşvət müqabilində hərbi xidmətdən yayındırılır, mənim kimi pulu olmayanların xəstə övladları onların əvəzinə hərbi xidmətə aparılır.Hətta təkrar tibbi müayindən keçmək üçün vətəndaşlardan 500 manat rüşvət alınır, ölkədən kənarda olanlar qanunsuz olaraq saxtakarlıq yolu ilə müayinədən keçirilirlər.

Mirdamət Abdullayevin iddiasına görə,bu saxtakarlığı   hərbi komissar  Ceyhun Əliyev 2000 manat rüşvət qarşılığında edir. Məktubdan sətirlər:"Bu korrupsiya cinayətini aşkar etmək sadə və çox asandır.Bizim dövlətə sağlam əsgər,Ceyhun Əliyevə isə pul lazımdır.Mənim oğlum Rüstəm xəstə olduğu səbəbindən orduya yaramadığı kimi, Ceyhun Əliyev də korrupsiyaya qurşandığı üçün tutduğu rəhbər vəzifəyə yaramır.Mənim oğlum Rüstəm əgər hərbi xidmətə aparılacaqsa onun sağ qalması sual altında qalacaq.Buna görə,oğlum  Rüstəmə həqiqi hərbi xidmətə aparılmasından möhlət hüququ verilməlidir ki, müalicə olunsun."

Sonda şikayətçi Mirdamət Abdullayev yaranmış problemlə bağlı Azərbaycan Respublikasının  Prezidentinə, Azərbaycan Respublikasınının Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin rəisinə müraciət edərək yaranmış problemlə bağlı köməklik göstərilməsini xahiş edir.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün sayt 27.12.2021-ci il tarixdə Azərbaycan Respublikasınının Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin elektron poçtuna sorğu göndərib.20 gündən çox keçməsinə baxmayaraq, məsələyə münasibət bildirilməyib.

Faktinfo.az




Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin rəisi dövlət idarəsini şəxsi ofisinə döndəribHərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin rəisi dövlət idarəsini şəxsi ofisinə döndəribHərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin rəisi dövlət idarəsini şəxsi ofisinə döndəribHərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin rəisi dövlət idarəsini şəxsi ofisinə döndəribHərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin rəisi dövlət idarəsini şəxsi ofisinə döndərib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər