Horadiz şəhər 3№li tam orta məktəbə şəhid Fəqan Zalovun adı verilib

Horadiz şəhər 3№li tam orta məktəbə şəhid Fəqan Zalovun adı verilib - FOTO

Horadiz şəhər 3№li tam orta məktəbə şəhid, Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun adı verilib.

Faktinfo.az xəbər verir ki,vətən müharibəsində qəhrəmanlıqla döyüşüb şəhid olan Füzulili gənclərdən biri də Fəqan Zalovdur. Azərbaycan Ordusunun Artilleriya Qoşunlarının əsgəri olan Fəqan Zalov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənmişdir. Sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu matrosu olmuşdur. Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov İkinci Qarabağ müharibəsində Cəbrayılın, Füzulinin, Qubadlının, Hadrutun və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından 6 saat əvvəl Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Fəqan Zalov göstərdiyi şücaətlərə görə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Şəhid ailələri, onların problemlərinin həlli hər zaman dövlətin diqqət mərkəzində saxlanılır və eyni zamanda şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülür.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 noyabr 2021-ci il 339№li Sərəncamı ilə Horadiz şəhər 3№li tam orta məktəbə şəhid, Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun adı verilmişdir. Bu münasibətlə məktəbdə tədbir keçirilmişdir. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhidin ailə üzvləri və yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin kollektivi və digərləri iştirak etdilər. Əvvəlcə şəhidin adı əks olunmuş lövhənin açılışı oldu. Daha sonra məktəbdə şəhid, Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalova həsr edilmiş guşəyə baxış keçirildi. Çıxışçılar Fəqan Zalovun qəhrəmanlıq dolu döyüş yolundan söz açdılar. Şəhidin atası Amil Zalov şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdi.


Daha sonra Fəqan Zalov haqqında hazırlanmış videoçarxa baxış keçirildi. Məktəblilər şəhidlər haqqında kompozisiya təqdim etdilər.

Horadiz şəhər 3№li tam orta məktəbə şəhid Fəqan Zalovun adı verilibHoradiz şəhər 3№li tam orta məktəbə şəhid Fəqan Zalovun adı verilibHoradiz şəhər 3№li tam orta məktəbə şəhid Fəqan Zalovun adı verilibHoradiz şəhər 3№li tam orta məktəbə şəhid Fəqan Zalovun adı verilibHoradiz şəhər 3№li tam orta məktəbə şəhid Fəqan Zalovun adı verilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi