I və IV qrup üzrə ən çox bal toplayanlar - FOTOLAR

I və IV qrup üzrə ən çox bal toplayanlar - FOTOLAR 

Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 27-28 iyul 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələrini açıqlayıb.

İmtahanda heç bir abituriyent maksimum balı (700 bal) toplaya bilməyib.

I ixtisas qrupu üzrə ən çox balı Sumqayıt şəhəri, 11 saylı orta məktəbin məzunu Əbil Şəfiyev toplayıb. O, ümumilikdə 697.1 bal yığıb.

IV qrupda isə ən yüksək nəticəni 692.5 balla Cəbrayıl rayonu, Sirik kənd orta məktəbinin (Ə.Veysəlov adına) məzunu Əfəndiyev Kamil Nazim oğlu göstərib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi