İcra başçısı Alı Alıyev aztəminatlı ailələrə gedir,onlara ərzaq yardımı verir

İcra başçısı Alı Alıyev aztəminatlı ailələrə gedir,onlara ərzaq yardımı verir 

Füzuli RİH-nin başçısı tərəfindən aztəminatlı ailələrə ərzaq yardımının verilməsi davam etdirilir.

Füzuli rayonunda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID -19) infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir, maarifləndirmə işləri aparılır. 

Faktinfo.az xəbər verir ki,Rayon İcra Hakimiyyəti tərəfindən rayonun müxtəlif yaşayış məntəqələrində tənha yaşayan, yaşı 65-dən yuxarı olan o cümlədən aztəminatlı və imtiyazlı vətəndaşların siyahısı hazırlanıb, onlara vaxtaşırı olaraq ərzaq yardımı verilir və digər köməklik göstərilir. 

Bu günlərdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Horadiz şəhərində yaşayan yaşı 65-dən yuxarı olan o cümlədən aztəminatlı 200-dən çox şəxsə baş çəkərək onlara ərzaq bağlamaları çatdırıb. Bu nəcib təşəbbüsü razılıq hissi ilə qarşılayan ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prerzidentinə və Birinci Vitse-prezidentə minnətdarlıqlarını bildiriblər. 

Həmçinin,icra başçısı Alı Alıyev mütəmadi olaraq yaşayış məntəqələrində olaraq xüsusi karantin rejiminin tələblərinə riayət olunmasının monitorinqi aparır, insanlara karantin rejiminin tələblərinə ciddi riayət etmələrini, özlərinin və ailələrinin sağlamlığı üçün milli həmrəylik nümayiş etdirərək evda qalmalarını tövsiyyə edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi