Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır?

Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır? -İcra başçısı Coşqun Cəbrayılovun nəzərinə...

Bakı şəhərində kim yerə bir daş qoyursa ora azı 10 təşkilatdan gəlirlər və başlayırlar "Məlikməmməd nağılı"danışmağa.Burada sirr heç nə yoxdur,belə nağıllar da niyə danışılır hamı hər şeyi yaxşı bilir.Elə götürək, Nizami Rayon İcra Hakimiyyətinin vəzifəlilərini. Hər şeyi görürlər,amma insanlar üçün narahatlıq yaradan,onların hərəkətini məhdudlaşdıran vəziyyəti görmək istəmirlər.

Nümunəni,Nizami rayonu,Azər Manafov 41-47 binasının qabağında metal dirəklərə zəncir vurulmasından gətiririk.Bu barədə xəbər vermişdik.Xəbərdən sonra 28 saylı MİS rəisi ərazinin 141 saylı Xüsusi təyinatlı MİS-ə aid olduğunu bildirsə də,aydınlıq gətirildi ki,həmin ərazi 28 saylı MİS-in öz ərazisidir,dirəklərə vurulan metal zəncirin də sökülməsini onlar həyata keçirməlidirlər.Təssüf ki,28 saylı MİS-nin rəisi Məhəmməd müəllim bu anormal vəziyyəti görməzdən gəlir,məsələyə etinasız yanaşır.Nizami rayon MKTB-nin rəisinə gəlincə, o da hələ ki,özünə sərfəli olan işlərlə məşğuldur.

Belə olan şəraitdə üzümüzü tuturuq Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov cənabına.

Binanın həyətində dirəklərə zəncir vurulması hərəkətin məhdudlaşdırılması halıdırmı,bu qanunvericiliklə qadağandır,yoxsa, yox?! 

Bu kimi hallar vətəndaşlara aid nəqliyyat vastələrinin,eləcə də təcili yardım maşınlarının əraziyə girişini məhdudlaşdırmır ki?! 

Həmçinin,vəziyyət  belə davam edərsə dirəklərə vurulan metal zəncir səbəbindən ərazidən keçən vətəndaşların xəsarət alması hadisəsi yaşana bilməzmi?! 

Eləcə də,axşam saatlarında zəncirə surətli toxunuş insanın ayaqlarının yerdən üzülməsinə,baş nahiyyəsinin asfalta çırpılmasına səbəb olmazmı?!

Aidiyatı təşkilatların,28 saylı ərazi Mənzil İstismar Sahəsi rəhbərliyinin,o cümlədən Nizami rayon MKTB-nin  bu qanunsuzluğu aradan qaldırması zəruridirmi?!

Faktinfo.az

Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır?Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır?
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi