İcra başçısı İsmayıllının Balik kəndində sakinlərlə görüşdü

İcra başçısı İsmayıllının Balik kəndində sakinlərlə görüşdü 

İsmayıllı rayonunda vətəndaşların problemləri və qayğıları hər zaman diqqət mərkəzində olub,son 5 ildə problemlərə münasibət müsbətə doğru dəyişib.

Hər həftə rayon icra hakimiyyətində, eləcədə kəndlərdə vətəndaşların qəbulu keçirilir. Bu qəbullarda vətəndaşlar dinlənilir və onları nərahat edən problemləmlərin həlli istiqamətində işlər görülür. Növbəti səyyar görüş-qəbul rayonunun Balik kəndində olub.

İsmayıllı rayonunun Balik kəndində səyyar görüş-qəbul keçirilib

Faktinfo.az xəbər verir ki, görüş qəbulda RİH-nin başçısı Mirdaməd Sadıqov əvvəlcə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu islahatlardan, ölkənin inkişafı və görülən işlərdən, bu işlərin davamı kimi rayonumuzda görülən işlərdən, ölkəmizin və rayonumuzun daha da inkişafı üçün bundan sonra da nəzərdə tutulan planlardan, görüləcək işlərdən ətraflı danışaraq kənd sakinlərinə məlumat verib.

Sonra kənd sakinlərini müraciətləri dinlənilib. Qəbulda iştirak edən vətəndaşlar kəndin ümumi problemlərini, həmçini onları nərahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırıblar. Kəndin əsas ümumi problemlərindən əlavə transformatorun qoyulması, qəzalı elektrik dirəklərinin dəyişdirilməsi, arteziandan axan suyun anbara yığılması və kəndin məhəllələrinə paylanması, körpünün təmiri və digər məsələlərin həlli üçün RİH başçısı aidiyyatı üzrə tapşırıqlarını verib, kəndə qaz çəkilməsi məsələsini isə Dövlət Proqramına əsasən növbəti 2020-ci ildə öz həllini tapacağı barədə sakinlərə məlumat verib. Sakinlərin şəxsi problemlərinin də həlli ilə bağlı aidiyyatı qurumlara tapşırıqlar verilib və RİH-nin məsul işçiləri tərəfindən nəzarətə götürülüb. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi