İcra başçısının müavini İlqar Hacıyev Səməd Vurğunun adını daşıyan parka "əl qoydu"-

İcra başçısının müavini İlqar Hacıyev Səməd Vurğunun adını daşıyan parka "əl qoydu"- Parkda bir müddət əvvəl 4 ağac kəsilib?

Ağstafa RİH-nin başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev barəsində rayonda danışılmayan söhbət yoxdu.

Adam RİH-nin keçmiş müavini Ramiz Tatarovun kadrı olmaqla bərabər zamanla saxta diplomlu icra nümayəndələrini himayə etməkdə,pullu şəxsləri tapıb onları vəzifəyə həvəsləndirməkdə belə ad çıxarıb.Hazırkı statusuna gəlincə  icra başçısı Seymur Orucovun sağ əli hesab edilir.Rayonda bunu bilməyən danışmayan yoxdu.Rayonda vəzifəyə gəlmək istəyən şəxslər ilk əvvəl onunla icra hakimiyyətindən kənarda görüşməsələr məsələ mahiyyətsiz hesab olunur.İlqar Hacıyev  və Müşviq Hüseynovun başçının müavinləri təyin edilməsi, rayonun mütərəqqi fikirli ziyalılarında yaxşı təsürat yaratmadı.Əksnə bu təyinatlardan sonra rayonda vəzifədə olan bir çox cibgirlər hesab etdilər ki,Ağstafa RİH-də üz tutacağımız bir yox,iki şəxs var.

Buyurun,hazırda saytlarda Səməd Vurğun kimi dahi bir mütəfəkkürün adını daşıyan parkı alver predmetinə çevirib,pay-püş edənlərdən biri kimi İlqar Hacıyevin adı çəkilir.Heç olmasa o,Səməd Vurğunun “Azərbaycan” şeirini hansı xarakterdə yazmasını bir neçə cümlə ilə ifadə edə bilsə idi,Azərbaycan ədəbiyyatının uzaq vuran artilleriyasının adını daşıyan parkı ona halal etmək olardı./Faktinfo.az

İndi isə qayıdaq Reportyor.info-nun yaydığı xəbər yazısına.Sayt xəbər yazısında bildirir ki,Ağstafanın mərkəzində yerləşən Səməd Vurğun parkında icra başçısının müavini İlqar Hacıyev çayxana tikdirib.Obyekt Əli adlı şəxs tərəfindən idarə olunsa da, gerçək sahibi icra başçısı Seymur Orucovun müavini İlqar Hacıyevin olduğu deyilir.Rayon sakinləri istirahət parkının zəbt edilərək çayxanaya çevrilməsini narazılıqla qarşılayırlar. Şübhəsiz ki, İ.Hacıyevin bu biznesindən icra başçısı da məlumatlıdır,xəbərdə deyilir.

O da qeyd olunur ki,İ. Hacıyevin qardaşı da vəzifəli şəxsdir. Belə ki, Vüqar Hacıyev Nəqliyyat Departamentinin Regional İdarə rəisidir.Bundan başqa, həmin parkda bir müddət əvvəl 4 ağacı kəsib başqa bir tikiliyə yol açılıb.(Qeyd edək S.Vurğunun adını daşıyan parkda çinar ağaclarından başqa ağac yoxdur.Hündürlüyü 20 metrə yaxın bu ağacların heç yoxdursa 50 yaşı var.Ağacların kəsilməsini müşahidə edib,görən olmayıb-Faktinfo.az)Bu tikili isə Mikayıl Əsədov adlı şəxsə aiddir. M.Əsədov isə Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsinin rəisi Elçin Əsədovun qardaşıdır.

Sayt onu da qeyd edir ki,M. Əsədov ağacları kəsdirib öz obyektinə yol əldə edib. Onun Ağstafada “İS Petrol” yanacaqdoldurma məntəqəsi də fəaliyyət göstərir. Bu faktlar onu deməyə əsas verir ki, rayonda Səməd Vurğun parkı məmurların, onların yaxınlarının arasında bölüşdürülüb, obyektlərə, çayxanalara qurban verilib. Rayonun gənc və islahatçı kimi təqdim edilən icra başçısı Seymur Orucov isə belə özbaşnalıqların qarşısını almağa həvəsli görünmür.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi