"İki gün əvvəl sübut etdik ki, biz qiymətli Rusiya təyyarələrini vura bilərik"

"İki gün əvvəl sübut etdik ki, biz qiymətli Rusiya təyyarələrini vura bilərik" – Zelenski

Davosda keçirilən iqtisadi forumda çıxışı zamanı Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın “A-50” və “İl-22M” təyyarələrinin Ukrayna tərəfindən vurulduğunu bildirib.

Rusiya mənbələri daha əvvəl onların Rusiya hava hücumundan müdafiə sistemlərinin “dost atəşinin” qurbanı olduqlarını iddia etmişdilər.

“İki gün əvvəl sübut etdik ki, biz qiymətli Rusiya təyyarələrini vura bilərik”, - deyə Zelenski bildirib.

Ukrayna Prezidenti həmçinin deyib ki, ölkəsinə Qərb silahlarının tədarükü səbəbindən münaqişənin gərginləşməsi qorxusunun vaxtı keçib: "Çoxları Ukraynanın uzaqmənzilli silahlar alacağı təqdirdə bunun nəticələrindən qorxurdu. Nəticədə Rusiya yalnız böyük itkilərlə üzləşəcək"./AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi