İLHAM ƏLİYEVLƏ PAŞİNYANIN GÖRÜŞÜ BAŞA ÇATDI - İlkin nəticələr AÇIQLANDI +

İLHAM ƏLİYEVLƏ PAŞİNYANIN GÖRÜŞÜ BAŞA ÇATDI - İlkin nəticələr AÇIQLANDI + VİDEOLAR

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.

Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər.

****

Azərbayan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan ikitərəfli danışıqlar başa çatıb

Danışıqlar təxminən 5 saat davam edib.

Görüş ərzində tərəflər əvvəlcə geniş tərkibdə, daha sonra isə təkbətək formatda müzakirələr aparıblar. Son mərhələdə isə danışıqlara yenidən hər iki ölkənin rəsmi nümayəndə heyətləri qoşulub. Danışıqların gedişində bir dəfə fasilə verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib.

Verilən məlumatına görə, Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb. Lakin görüşün sonunda heç bir rəsmi bəyanat və ya birgə açıqlama verilməyib.

Görüşdə tərəflər arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması və ilin sonunadək sülh sazişinin imzalanmasına hazırlıq məsələləri əsas gündəm olub. 

Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib.

***

Bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə fasilə verilib.

Fasilədən sonra Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında danışıqlar bərpa olunub.

Bildirilir ki, fasiləyə qədər İlham Əliyevlə Paşinyan bir müddət təkbətək danışıblar.

***

Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər