
İllər əvvəl "Azərittifaq"da payçıya aid əmlak belə pay-puş edilib - İmaməddin Rəsulov haqsızlığa dözməyib,dünyasını dəyişib
"İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun may ayının 9-da rayonun Sarxanlı kəndində faşizm üzərində qələbə münasibətilə SSRİ bayrağını qaldırması Azərbaycan Ağsaqqallar Şurasının sədri,deputat,Eldar Quliyevlə bağlı bir sıra önəmli faktların aşkarlanmasına səbəb oldu.
Eldar Quliyevin oturduğu ofislə bağlı mövzu gündəm oldu,elə bundan sonra Eldar Quliyevin mətbuata "racon biçmək" şəklində bəyanatı yayıldı.Adam elə ərz etdi ki,Müstəqil Azərbaycan Respublikasının ən şəffaf şəxsidir,dövlət əmlakına,Mərkəzi Koperativlər İttifaqı "Azərittifaq"da çalışan şəxslərin hüquqlarının pozulmasına,orada payçılara aid əmlaklara xor baxmayıb vəs.Bu qrumun əmlakını ayrı-ayrı şəxslərə satmaqla milyonlara sahiblənməyib.Heyif həmin müddət başım qarışdı,mətbuata müraciət edə bilmədim.Buyurun indi Eldar Quliyevin "Azərittifaq"ın balansında olmuş əmlakları satması və iş yerlərinin bağlanmasına gətirib çıxaran BİR NÜMUNƏNİ diqqətinizə çatdırım.
Belə ki,zamanla Mərkəzi Koperativlər İttifaqı "Azərittifaq"da çalışan şəxslərin hüquqlarının pozulması,orada işçilərin payçı olduqları təqdirdə əmlak hüquqlarından məhrum edilməsini mətbuat yazıb,"Azərittifaq"ın sədri,millət vəkili professor hesab edilən Eldar Quliyevin qanunsuz hərəkətlərindən dövlət orqanlarına şikayətlər edilib.Şikayət edilməsinə səbəb isə Eldar Quliyevin "Azərittifaq"ın payçı təşkilat olmasından sui-istifadə etməsi və qurumun çoxsaylı əmlakını "Azərittifaq" adından qərar çıxartmaqla istədiyi şəxslərin adına özəlləşdirməsi olub.Yəni "Azərittifaq" payçı təşkilat olduğundan özəlləşdirmə qərarı özü tərəfindən həyata keçirilib və heç bir qrum bu prosesə müdaxilə etmək hüququna sahib olmayıb.Səhv etmirəmsə indi də belədir."
Bu fikirləri Qəbələ şəhəri,Nətəvan küçəsi,ev 17-də yaşayan vətəndaş Rəsulov Zaur İmaməddin oğlu Faktinfo.az-a göndərdiyi məlumatda qeyd edir.
Zaur Rəsulov: "Ona görə də təəssüf hissi ilə qeyd etməliyəm ki,atam Rəsulov İmaməddin Cümşüd oğlunun da əmlak hüququ kobud şəkildə pozulub. Belə ki,atamın adına olan,onun şəxsi vəsaiti hesabına tikilmiş kafe-restoran "Mirvari" gizlin şəkildə, bizdən xəbərsiz özəlləşdirilib. Bu qanunsuzluğa Mərkəzi Koperativlər İttifaqı "Azərittifaq"ın sədri,millət vəkili Eldar Quliyev rəvac verib.Eldar Quliyev sıfırdan atamın tikdiyi və Qəbələ rayonu Zərifə Əliyeva adına prospektdə yerləşən ictimai-iaşə obyekti kimi fəaliyyət göstərən "Mirvari"ni ,"Azərittifaq"ın qərarı ilə məsələyə heç bir aidiyyatı olmayan, Faiq İbrahimov adlı şəxsin adına özəlləşdirib.Bu kimi hallar Eldar Quliyevin qanunsuzluqlarının yüzdən biridir.İndi mətbuata düzlükdən danışan bu şəxs keçmişi,hazırda da rəhbəri olduğu universitetdə fəaliyyəti bu xalqa ziyan vurmaqdan başqa bir şey deyil.
Eldar Quliyevin bu qərarından sonra payçı tərəf kimi atamın və onun varisi mənim mülkiyyət üzərində olan hüquqlarımız pozulub.Onu da qeyd edim ki,restoran "Mirvari" gizlin şəkildə özəlləşdirmədə Faiq İbrahimovun adına aparıla bilməzdi,çünki o, "Azərittifaq"ın payçısı,eləcə də işçisi deyildi.Yəni,payçı təşkilata məxsusluğu olmayan şəxs idi. Bu mənada Eldar Quliyevə sual olunmalıdır, nə marağı olub ki, həmin obyektə aid payçı şəxs İmaməddin Rəsulovu kənarda saxlayıb,onun razılığı soruşulmadan və ya imtina ərizəsi olmadan 1 hektar torpaq sahəsi daxil obyekti 2000-ci ildə "Azərittifaq"ın saxta qərərdatı ilə Faiq İbrahimovun adına özəlləşdirib.Hesab edirəm, Eldar Quliyevin bu qanunsuzluğu etməsinə səbəb kimi, Faiq İbrahimovun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşının dayısı olması, onun imkanlı şəxs hesab edilməsi və Faiq İbrahimovun Kəmaləddin Heydərovun nüfuzundan istifadə etməsi idi.
İctimai-iaşə kimi fəaliyyətdə olan obyektin qanundan irəli gələn şəkildə ilk əvvəl öz payçısına təklif edilməməsindən sonra, atam Rəsulov İmaməddin Cümşüd oğlu xəstələndi,bir müddət sonra dünyasını dəyişdi, anam bu hadisədən sonra əsəbdən xəstəlik tapdı.Hətta bu ədalətsiz qərardan həmin ərəfədə ölkə rəhbərliyinə,digər dövlət orqanlarına şikayət etmək istədim.Onda da mənə bildirildi ki,şikayət etməyin,sizin halallığınız alınacaq, payçı olduğunuza görə pulunuz veriləcək.Bu qanunsuz qərardan 24 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bizim ailənin haqqı hazırkı bazar dəyəri nəzərə alınmaqla hələ ödənilməyib,məni bu günün özündə də aldadırlar.Eldar Quliyevdən qaynaqlanan,Faiq İbrahimovla yaşanan problem bu günün özündə də həllini tapmayıb. Bir tərəfdən əmlak hüququmuzu pozublar,digər tərəfdən,məni hazırda da aldadırlar.
Onu da qeyd edim ki,bir müddət sonra Faiq İbrahimov iz itirmək üçün dəyəri bir milyon manata yaxın həmin obyekti 1 hektar torpaq ərazisi daxil olmaqla, "SOCAR" da məsul vəzifədə çalışan Fərid Cəfərov adlı şəxsə satdı.Bildiyim qədər, obyekt Fərid Cəfərovun xalası Məcidova Tamella Paşa qızının adına rəsmiləşdirildi və hazırda 3 milyon manata satışa çıxarılıb.
Sizdən xahiş edirəm, bu illər ərzində bərpa edə bilmədiyim haqqımın bərpasında mənə kömək olun,sizlərə ünvanladığım müraciətimi ictimailəşdirin.
Sizlərə əvvəlcədən təşəkkürümü bildirirəm."
Hörmətlə, Rəsulov Zaur İmaməddin oğlu
Ünvan:Qəbələ şəhəri,Nətəvan küçəsi,ev 17.
Mobil nömrə:(050)357-07-65 və (050)541-81-33
Qeyd: Rəsulov Zaur İmaməddin oğlu Faktinfo.az saytına bir müddət əvvəl də şikayət məktubu göndərmişdi.Şikayət "Azərittifaq"ın sədri,deputat Eldar Quliyevin mövqeyini örgənmək üçün ona ünvanlanmışdı.Təəssüf hissi ilə qeyd etməliyik ki,qarşı tərəf münasibət bildirməkdən yayınmışdı,şikayət də ictimailəşdirilməmişdi. Hazırda qarşı tərəf mövqeyini bildirə bilər.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın