İlqar Məmmədov yaşayış səviyyəsindən danışdı:

İlqar Məmmədov yaşayış səviyyəsindən danışdı: "Orta sinif var,bəlkə də çox seçicidən ibarətdir"

"Avtomobil əlindən Bakıda tərpənmək olmur.

Restoranlar hər axşam ağzına qədər dolu. Sayını itirdiyimiz müasir ticarət mərkəzində səhərdən gecəyə qədər "mitinq"dir. O restoranların, kafelərin müştəriləri, sahibləri, onların ailələri... Telefon və kompüter mağazalarının sahiblərini dindirirsən, hamısı deyir ki, satışlar artır".

Bunu Real Partiyasının sədri İlqar Məmmədov şəxsi feysbuk hesabında yazıb.

İlqar Məmmədov statusunda Azərbaycanda orta sinfin olmamasıyla bağlı iddialara cavab verib:

"Birincisi, Real təkcə orta sinfə səslənmir. Amma bu başqa mövzudur. İkincisi, orta sinfin çox tərifi var, bu da olsun ağlabatan daha biri: 10 il əvvəl "The Economist" jurnalında dərc edilən geniş araşdırmada iddia olunurdu ki, qidasını və yaşayış yerini təmin edəndən sonra adamın gəlirinin 1/3 əlində qalırsa və o, həmin gəliri təhsildən tutmuş həyat keyfiyyətini yüksəldən mal və xidmətlərə qədər ürəyi istədiyi kimi xərcləyə bilirsə, onu orta sinfə aid etmək olar.

Avtomobil idxalı bu il 1,6 dəfə artmışdır. Evlərin qiyməti tələbat səbəbilə hələ də bahadır. Kitab mağazalarının sayı, tərcümələrin sayı son 10 ildə bəlkə də dəfələrlə artmışdır. Özəl tədris kursları, özəl məktəblər və özəl uşaq baxçaları. O avtomobilləri alanlar, o evləri alanlar, o kitabları oxuyanlar, hələ müzakirəsini edənlər, o məktəblilərin və uşaqların valideyinləri və daha kimlər, kimlər...

İqtisadi təməli xəstə, yəni neft-qaz pullarından asılı olsa da, onun iqtisadi kökünün xəstə və tezçürüyən olduğunu orta sinif mənsubları anlasa da, anlamasa da, orta sinif Azərbaycanda VAR, ən azı yüzminlərlə, bəlkə də çox seçicidən ibarətdir".

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi