İngiltərə Mərkəzi Bankı 20 funt sterlinqlik əsginaslar buraxacaq- FOTO

İngiltərə Mərkəzi Bankı 20 funt sterlinqlik əsginaslar buraxacaq- FOTO 

İngiltərə Mərkəzi Bankı yeni 20 funt sterlinlik əsginaslar buraxacaq.

Azərtac xəbər verir ki, yeni əsginaslar gələn ilin fevralın 20-də dövriyyəyə buraxılacaq.

Rəssam Turnerin və onun “Temeraire Müharibəsi” adlı əsərinin təsvir olunduğu yeni banknotda iki görünən pəncərə və metal bir holoqram olacaq.

Bank hazırlanan yeni əsginası ən etibarlı dizayn kimi təsvir edir.

Yeni əsginas iqtisadçı Adam Smitin təsvir edildiyi köhnə 20 funt sterlinqi əvəzləyəcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi