İntensiv yağışlar problemlər yaratdı, bəs bu yağışların hansı müsbət tərəfləri var?

İntensiv yağışlar problemlər yaratdı, bəs bu yağışların hansı müsbət tərəfləri var? 

Mart ayının 27-dən ölkə ərazisində intensiv xarakter alan yağıntılı hava şəraiti yollarda, tunellərdə, həyət evlərində və bəzi ərazilərdə müəyyən subasma halları ilə müşayiət olundu.Bu təbiət hadisəsi zamanı isə çətinliklər yarandı, müəyyən fəsadlar ortaya çıxdı,insanlara ziyan dəydi.Bunu heç kim istəməzdi,amma neyləmək olar,Tanrı məsləhəti belə imiş.

Amma burada bir Azərbaycan atalar misalı da yada düşür.Allah bir tərəfdən bağlayanda, o biri tərəfdən açır. Yəni, intensiv yağışların yağması bir tərəfdən problemlərə gətirib çıxartdısa,digər tərəfdən bunun müsbət tərəfləri də var. Xüsusilə, rayonlarda yaşayan əhali üçün.

Bəs nədir intesiv yağışların bu ərəfədə ölkə ərazisində yağmasının digər sahələrə müsbət təsiri?

1. Buğda, arpa, yonca və digər əkin sahələrinə bu ərəfə ikinci su vurulmalı idi. Amma qəbul edək ki, bu istiqamətdə suvarma suyu çatışmadığından 10 minlərlə hektar əkin sahələri suvarılmamış qalacaqdı.Hazırda bu sahələr intesiv yağışlar nəticəsində suvarıldı, torpaqda rütubətlilik balansı qorundu.

2. 10 min hektarlarla biçənək sahələri də bu təbiət hadisəsi nəticəsində suvarıldı və qarşıdan gələn günəşli havalarda ot biçənəyi sahələri üçün əlverişli şərait yarandı.

3. İstər dəmyə torpaqlar, istərsə də digər örüş təyinatlı torpaqlar adətən, suvarılmır. Bu təyinatlı torpaqlarda heyvanların otlaması üçün ot kütləsi yağış suları hesabına yaranır. Nəzərə alanda ki, ölkə əhalisinin ət məhsullarına olan tələbatının müəyyən hissəsi heyvandarlığın inkişafı üzərindən həyata keçirilir. Bu halda qeyd etməliyik ki, yağan intesiv yağışların ardınca temperatur yüksəkliyi fonunda ölkə ərazisinin bütün örüş sahələrində, dəmyə torpaqlarda da azı 20-30 sm hündürlüyündə ot qatı yaranacaq. Bu isə heyvandarlıqla məşğul olan fermerlər üçün olduqca önəmlidir.

4. İntensiv yağışlar növbəti mərhələdə suvarma sahələri üçün önəm kəsb edəcək ölkə ərazisindəki çaylarda da müəyyən qədər sululuq səviyyəsini normallaşdırmış oldu. Çaylarda, kanallarda, su tutumlu anbarlar və göllərdə sululuğun miqdarı artdı, hardasa, növbəti suvarma mərhələsi üçün müsbət zəmin yarandı.

5. İntesiv yağışların gətirdiyi problemlərindən kənar məsələyə başqa istiqamətdən yanaşsaq, ölkəmizin bütün bölgələrində, o cümlədən paytaxt Bakı şəhəri üçün ekoloji tarazlığa müsbət təsir göstərdi, atmosfer qatı geniş diapazonda təmizləndi. Eləcə də,qarşıdan gələn aylarda ağacların isti havalara qarşı dözümlülüyünü artırdı. Həmçinin, arası kəsilmədən yağan yağışlar nəticəsində Bakı və Abşeron yarımadasında qrunt sularının səviyyəsi yüksəlmiş oldu. Bu vəziyyət isə isti yay günlərində ağacların qurumasının qarşısını alaraq,onların mil köklərdən qidalanmasını mümkünləşdirdi.

6. İntesiv yağışlar xüsusilə, Bakı şəhəri üçün xarakterik olan,vacib önəm kəsb edən atmosferdə ozonun miqdarını artırdı, oksigen bolluğu yaratdı. Bu sonrakı günlər üçün də önəm daşıdı. Belə ki, ağacların yarpaqlarında olan toz basmış ağızcıqlar yuyulub təmizləndi. Bu halda isə qaz mübadiləsi rahat mərhələyə addım atdı.Yəni, ağacların yarpaqlarında olan ağızcıqlar üzərindən oksigeni verib, karbonun udulması prossesi sürətləndi ki, paytaxt Bakı əhalisi üçün ən vacib amildir.

Mənbə:Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi