İRAN HARA, DRON HARA... - “Cəmi 3 kilometrədək uçur və asanlıqla vurulur”

İRAN HARA, DRON HARA... - “Cəmi 3 kilometrədək uçur və asanlıqla vurulur” 

Xəbər verildiyi kimi, Putinin İrana son səfəri zamanı bu ölkədən Rusiya ordusuna yerli istehsal olan PUA-ların tədarük edilməsinə dair razılıq əldə edilib. Artıq həmin PUA-ların Ukrayna Ordusuna qarşı istifadə edildiyi bildirilir və məhv edilmiş İran PUA-larının fotoları paylaşılır.

AzPolitika.info xəbər verir ki, tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov Rusiyanın Ukraynada istifadə etdiyi İranın “Shahed136” PUA-larının bəzi texniki xarakteristikalarını açıqlayıb və onların Qərb dronlarından xeyli geri qaldığını bildirib: “Bunlar kamikadze-dronlardır. Bir müddət havada qalırlar və daha sonra hansısa hədəfi vurmalıdırlar. Bunu edə bilmədikdə yerə düşür və adi mərmi effekti verir. Onun uçuş məsafəsi 1.5-3 kilometr, sürəti saatda 185 kilometr, uzunluğu 3 metr, çəkisi 200 kiloqramdır”.

Jdanov bildirib ki, bu dronlar alçaqdan uçur və asanlıqla müəyyən edilərək vurula bilir: “Hərbçilər deyirlər ki, onlar çox aşağıdan uçurlar və mühərrikləri çox səsli işləyir. Ona görə də bunu eşitmək çox asandır və onu yaxınlaşan zaman atıcı silahla vurmaq mümkündür. Üstəgəl, aşağıdan uçduqları üçün onları adi “antidron tüfəngləri” adlandırılan silahla da vurmaq şansı yaranır”.

Qeyd edək ki, praktikadan göründüyü kimi, yuxarıda qeyd edilən göstəricilərlə istehsal edilən və xeyli reklam olunan həmin PUA-ların “Bayraktar” kimi silahlardan çox-çox geri qaldığı şübhəsizdir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi