"İran həmin vaxt bizə böyük kömək etdi” - Erməni nazir müavinindən etiraf

"İran həmin vaxt bizə böyük kömək etdi” - Erməni nazir müavinindən etiraf 

“İran 2022-ci ilin sentyabrında baş vermiş döyüşlər zamanı Ermənistana böyük kömək etdi”.

AzPolitika.info xəbər verir ki, bunu “Al-Monitor”a müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

“İran Ermənistan üçün mühüm tərəfdaşdır. İranla sərhəd bizim üçün böyük əhəmiyyət kəsb edir. Bizim iki bağlı sərhədimiz var - Türkiyə və Azərbaycanla. Ona görə də İran və Gürcüstan bizim xarici dünyaya yeganə qapımızdır" - deyə, erməni nazir bildirib.

Kostanyan Ermənistanın təxribatı nəticəsində ötən ilin sentyabr ayında baş verən toqquşmalardan da danışıb. Etiraf edib ki, İran həmin vaxt da Ermənistana kömək edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi