İranda fars dilinə qarşı kampaniya başladı

İranda fars dilinə qarşı kampaniya başladı 

İranda qeyri-fars xalqlar ana dili hüquqlarının pozulmasına qarşı Tvitterdə #Monofarsi həştəqi ilə etiraz kampaniyası başladıb.

Faktinfo.az Axar.az-a istinadla xəbər verir ki, kampaniya iştirakçıları İranın təkdilli sisteminin qeyri-fars xalqlara yaratdığı çətinliklərə etiraz edirlər.

Onlar ana dillərində təhsil ala bilmədikləri üçün əzab çəkdiklərini bildiriblər.

Sosial şəbəkə istifadəçiləri təhsil alarkən farsca danışmağa məcbur olmanın acı nəticələrini, habelə ləhcə ilə danışdıqları üçün üzləşdikləri təhqirləri bölüşüblər.

Kampaniya iştirakçıları “#Monofarsi” həştəqi ilə beynəlxalq konvensiyalarda nəzərdə tutulan dil hüquqlarının pozulmasına və İranın təhsil sistemində onlara qarşı ayrı-seçkiliyə etiraz ediblər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi